Rüstəm İbrahimbəyovun Bakıya gəlişi müzakirə olunur

29 Mart 2013 14:37 (UTC+04:00)
Sabah Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyovun Bakıya gəlişi müzakirə olunacaq. Onun Azərbaycana gəlişi forumun çıxardığı qərardan asılı olacaq. Bu barədə məlumat AzNews.az-a Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev tərəfindən verilib.

"Onun gəlişi bizim çıxardığımız qərardan asılı olacaq. Milli Şuranın dormalaşması ərəfəsində Rüstəm müəllim mütləq Bakıda olacaq. Hələlik bunun vaxtı dəqiqləşməyib. Amma çox guman ki, bu aprel ayının sonlarına kimi baş verəcək".

Bahar Rüstəmli
AzNews.az