İŞİD partlayışa görə məsuliyyəti üzərinə götürdü

6 Sentyabr 2018 08:52 (UTC+04:00)

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.

Qeyd edək ki, ötən gün Daşt-e-Barçi rayonunda, Kala-e-Nazir kvartalındakı idman klubunda keçirilən yarış zamanı terrorçu kamkadze partlayıcı qurğunu işə salıb. Bundan sonra klubun yaxınlığında, jurnalistlərin və polis əməkdaşlarının toplaşdığı yerdə minalanmış avtomobil partladılıb.

Partlayışlar nəticəsində 20-dən çox insan, o cümlədən "Tolo News" telakanalının əməkdaşı Samim Faramaz həlak olub, habelə 70-dən çox insan yaralanıb.

AzNews.az