Kiyevdə mülki vertolyot qəzaya uğradı - 2 nəfər yaralandı

6 Sentyabr 2018 10:29 (UTC+04:00)

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hadisə yerinə dərhal polis, xilasedicilər və həkimlər göndərilib. Vertolyotun qəzaya uğraması nəticəsində 2 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, mülki vertolyot özəl şirkətə məxsusdur.

Polis hazırda cinayət işinin açılıb-açılmaması məsələsini götür-qoy edir.