Eks prezidentə çəkmə atdılar

29 Mart 2013 15:03 (UTC+04:00)


Bu gün Pakistanın keçmiş lideri Pərviz Müşərrəfə naməlum bir vəkil tərəfindən çəkmə atılıb. "Ria Novosti"nin verdiyi məlumata əsasən, atılan çəkmə Müşərrəfə dəyməyib, lakin baş verən hadisə böyük səs-küy yaradıb. Hadisədən sonra Müşərrəfi təhlükəsiz yerə aparıblar.

Qeyd edək ki, artıq liderlərə çəkmə atışı media tərəfindən o qədər də qeyri-adi hadisə kimi qarşılanmır. Müşərrəfdən öncə, eks prezident Corc Buşa, Sudan prezidenti Ömər əl-Bəşirə, Mahmud Əhmədinejata çəkmə atılıb.

Aynur Hüseynova
AzNews.az