AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, Damat paşanın nəslindən gəldiklərini iddia etmiş şəxslər vəzirin oğlu Gənc Mehmedin nəvəsi Hüseyn Hilminin qızı Münirədən olma nəvələri olaraq istəklərini ifadə ediblər.
Həmin şəxslərin vəkili olan Didəm Qəzəl onların İbrahim paşanın soyundan gəldiyini təsdiq edib.
11 nəfər iddialarını məhkəmə vasitəsilə sübut edə bilsələr, vəqf gəlirlərindən pay götürəcəklər.
Qeyd edək ki, Sultan III Əhmədin qızı ilə evli olan Nevşehirli Damat İbrahim paşa Osmanlıda “Lalə dövrü” ilə bağlı adı çəkilən baş vəzirdir. O, Patron Xəlil üsyanında öldürülüb.
Nurlan AĞA
AzNews.az