AzNews.az xəbər verir ki, bu sözləri "Sherg.az”a Milli Məclisin regional məsələlər komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə söyləyib.
Onun qənaətincə, Rusiya və Azərbaycanın çox böyük bağlılığı var:
" Rusiya bizim ən böyük qonşumuzdur. Bu ölkə ilə əlaqələrimiz hər zaman yaxşı olmalıdır. Cənab prezident bu məsələyə böyük önəm verir. Rusiya - Azərbaycan münasibətləri yalnız iqtisadiyyat sahəsi ilə bağlı deyil.
Bir çox məqamlarda Rusiya Azərbaycanın yanında olub. «Şimal-Cənub" beynəlxalq dəmir yolu layihəsi, Azərbaycanla Rusiya arasındakı idxal-ixrac prosesi və s. məsələlərdə bu iki ölkənin adı birgə çəkilir.
Həmçinin Rusiyanın iqtisadiyyatı yaxşı inkişaf edib. Biz də onların təcrübəsindən faydalanaraq müəyyən nəticələr əldə edə bilərik. Digər tərəfdən də bəzi həll olunmayan məsələlərimiz var.
Konkret olaraq Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuturam. bu münaqişənin tənzimlənməsi daha çox Rusiyadan asılıdır. Fikirimcə, yaxşı münasibət və gözəl əlaqə məlum münaqişənin həllinə kömək olacaq”.
AzNews.az