Özündən 21 yaş böyük kişini bıçaqladı

29 Mart 2013 15:28 (UTC+04:00)
Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən rayon mərkəzində olan şadlıq sarayının qarşısında qeydə alınıb. Göygöl rayon sakini, 1987-ci il təvəllüdlü Zöhrab Həsənov şəxsi münasibətlər zəminində özündən 21 yaş böyük olan Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Xanlar Həsənovu bıçaqlayıb. Ağır bədən xəsarəti alan Z. Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

AzNews.az