Türkiyə-Azərbaycan sərhəddində 500 mina aşkarlanıb

6 Sentyabr 2018 18:45 (UTC+04:00)

Bunu AzNews.az​-a açıqlamasında ANAMA-nın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səbinə Sərkərova deyib.

Onun sözlərinə görə, indiyə kimi Türkiyə-Azərbaycan sərhəddində həyata keçirilmiş əməliyyatlar nəticəsində 15 000 kvadratmetr ərazi təmizlənib, 500 ədəd mina aşkar olunaraq zərərsizləşdirilib.

S.Sərkərova ANAMA-nın başqa ölkələrdə də minatəmizləmə əməliyyatlarında iştirak edəcəyinin gündəmdə olduğunu vurğulayıb.