Sakit okeanda 8,1 bal gücündə zəlzələ baş verib

6 Sentyabr 2018 22:06 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ yerli vaxtla 03:49-da baş verib.

Qeyd olunur ki, zəlzələ ocağının dərinliyi 670 kilometr olub. Dağıntılar və ölənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.