Suriyada kimyəvi silahla bağlı sübutlar tapıldı - ABŞ-dan açıqlama

7 Sentyabr 2018 09:30 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, o, Vaşinqtonda media nümayəndələrinə verdiyi açıqlamada Suriyadakı vəziyyətin pis olduğunu deyib.

“İdlibdə vəziyyət çox pisdir, kimyəvi silah hazırlandığına dair əlimizdə sübutlar var” – deyə, vurğulayıb.

Təmsilçi Bəşər Əsədlə bağlı isə onun Suriyada gələcəyinin olmadığını, lakin ondan qurtulma işinin ABŞ-la əlaqəsiz olduğunu ifadə edib.

C.Cefri İŞİD Suriyadan təmizlənənə qədər ABŞ-ın oranı nəzarətdə saxlayacağını qeyd edib.

Xatırladaq ki, Ceyms Cefri 1-4 sentyabr aralığında İsrail, İordaniya və Türkiyə ilə təmas görüşləri keçirmişdi.

Nurlan AĞA
AzNews.az