Avropa Birliyinin 8 dövlətindən Türkiyəyə dəstək: Təcili həll ediləcək

7 Sentyabr 2018 09:43 (UTC+04:00)

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında İsveçin daimi təmsilçisi Olof Skoog Suriyadakı proseslərlə bağlı əhali və qaçqınların əziyyət çəkdiyini, bunun üçün də tərəflərin diplomatik nəticə əldə etməyi üçün çağırış edib.

O, Suriyadakı hərbi əməliyyatlar, kimyəvi silah istifadə olunmasına görə də narahatlıq duyduqlarını ifadə edib.

O.Skoog Aİ ölkələrinin həll yolu tapmaq üçün Suriyadakı müxalif qüvvələrlə də görüşəcəyini dilə gətirib.

Daimi təmsilçi bu sözləri İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, Niderland, İsveç, Belçika və Polşa adından bildirib.

Nurlan AĞA
AzNews.az