Qızını öldürüb təsbeh cihazı ilə parçaladı

29 Mart 2013 15:51 (UTC+04:00)



Türkiyədə qanları donduran cinayətin detalları məlum olub. Mətbuatın yazdığına görə, şəxsi fermer təsərrüfatını qumarda uduzan E.Y. 1994-cü ildə kişilərə satmağa planlaşdırdığı 12 yaşlı öz qızına da dəfələrlə təcavüz edib. Xanımı onun zorakılığına dözə bilməyərək evi tərk etdikdən sonra E.Y 5 yaşlı Əminə adlı qızı olan qadınla bərabər yaşamağa başlayıb.

Anası evdə olmayanda kiçik Əminənin ağlamağa başlaması ögey atanı o qədər əsəbləşdirib ki, o uşağı döyərək öldürüb. Daha sonra cəsədin tapılmaması üçün təsbeh cihazıyla parçalayaraq zibilliyə tullayıb və qaçıb.

Kişinin birinci həyat yoldaşından olan qızlarına dövlət sahib çıxıb. Uşaq evində qalan 12 yaşlı qızı atasının ona təcavüz etdiyini, 5 yaşlı Əminəni isə öldürdüyünü bildirib. Tapılaraq həbs edilən E.Y. 30 il həbsə məhkum edilib.

Elnur
AzNews.az