Paşinyan Fransaya gedir

7 Sentyabr 2018 14:08 (UTC+04:00)

“Report”un Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Erməni Cəmiyyətləri Əlaqələndirmə Şurasının həmsədri Murad Papazyan bildirib.

Onun sözlərinə görə, həmin gün Nikol Paşinyanın Fransa Prezidenti Emanuel Makronla görüşü keçiriləcək.

Daha sonra qonaq Fransanın erməni diasporu nüməyəndələri ilə görüşəcək. Bu görüşdə Ermənistanın daxili məsələləri, habelə Fransada yaşayan ermənilərlə bağlı məsələlər müzakirə olunacaq.

AzNews.az