Elmar Vəliyevin daha bir adamı Gəncədə işdən çıxarıldı

7 Sentyabr 2018 14:37 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq əmri ilə qurumun İnformasiya təminatı və təhlili sektoru şöbəsinin müdiri Tağıyev Vüsal Rasim oğlu vəzifəsindən azad edilib.

Bu vəzifəyə isə əvvəllər həmin şöbədə aparıcı məsləhətçi işləyən Abbasov Emin Ziyad oğlu təyin olunub.

AzNews.az