Tehran zirvəsindən əvvəl görüşdülər

7 Sentyabr 2018 17:31 (UTC+04:00)

AzNews.az “Yeni Şafak” qəzetinə istinadən bildirir ki, Rusiya və Türkiyə prezidentlərinin ikitərəfli görüşü mediaya qapalı olaraq keçirilir.

Görüşdən əvvəl prezidentlər jurnalistlər qarşısında əllə salamlaşaraq foto çəkdiriblər. Onların səmimi söhbəti və gülüşləri diqqət cəlb edib.

Görüşdə Ərdoğanla bərabər, müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayrak, MİT (Milli İstihbarat Teşkilatı) başçısı Hakan Fidan və Prezident Aparatının sözçüsü İbrahim Kalın iştirak ediblər.

Rusiya tərəfində isə xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, müdafiə naziri Sergey Şoyqu, Kreml sözçüsü Dmitri Peskov və Kreml xarici siyasət məsləhətçisi Yuri Uşakov təmsil olunublar.

Nurlan AĞA
AzNews.az