“Cib” tipli dayanacaqlar ilkin olaraq “Jurnalistlər binası”nın qarşısında quraşdırılır

7 Sentyabr 2018 18:02 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyindən AzNews.az-a bildirilib ki, paytaxtda sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir. 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb. Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

İşlərə ilkin olaraq Yeni Salyan yolu 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.

AzNews.az