AzNews.az Türkiyə mətbuatına istinadən yazır ki, konfransdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən əvvəl İran və Rusiya liderləri ilə təkbətək görüşüb.
Tehran konfransı zamanı çıxış etmiş Türkiyə prezidenti, əvvəlcə, Ruhaniyə ev sahibliyi üçün təşəkkür edib. O, Suriyanın terroristlərdən azad olunması və qaçqınların evlərinə qayıtması üçün çalışdıqlarını dilə gətirib.
Ərdoğan İdlibə hücum haqqında da münasibət bildirərək, bunun faydalı olmayacağını, sivil insanlara zərər vuracağı və onların yenə qaçqın düşəcəyini ifadə edib.
Rusiya prezidenti Vladimir Putin 141 şəhərin nəzarətdə olduğunu, qalan terrorçuların İdlibə toplaşdığını, atəşkəsi pozduqlarını qeyd edib. O, kimyəvi silahlarla edilmiş provakasiyalardan da danışıb.
V.Putin BMT nəzdində Konstitusiya Komissiyasının da yaradılacağını bildirib.
İran prezidenti Həsən Ruhani isə müttəfiqlərlə bir sıra ortaq qərarlara gəldiklərini vurğulayaraq, ABŞ-ın Suriyadakı fəaliyyətini qeyri-qanuni qiymətləndirib və bunun qarşısının alınmasının vacibliyini qeyd edib.
Putin 1,5 ay içində yüz minlərlə qaçqının evinə qayıtdığını qeyd edərək, Suriyaya dərman, qida kimi yardımların edildiyini və bunun vacibliyini deyib.
Nurlan AĞA
AzNews.az