10 gün əvvəl batmışdı - Meyiti bu gün tapıldı

7 Sentyabr 2018 18:24 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, 1994-cü il təvəllüdlü K.Hüseynovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avqustun 29-da başlanan axtarışlara FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17-1V" helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və xilasediciləri cəlb olunub.​

AzNews.az