Ermənistan prezidenti Paşinyan-Putin görüşü haqda: “Xüsusi nəsə gözləməyin”

7 Sentyabr 2018 21:38 (UTC+04:00)

Jurnalistlərin bu görüşdən gözləntiləriylə bağlı sualına cavabında A.Sarkisyan görüşdən xüsusi nəsə gözləmək lazım olmadığını bildirib.

Ermənistan prezidenti N.Paşinyan və V.Putin arasında görüşün çox yaxşı və dostluq ab-havasında keçəcəyinə və bu cür görüşlərin mütəmadi olaraq baş tutacağına əminliyini ifadə edib.

Ermənistan-Rusiya münasibətlərindəki gərginlik barədə sualı şərh edərkən isə A.Sarkisyan bu münasibətlərdə uzunmüddətli və dərin gərginlik gözləmədiyini bildirib./report.az/

AzNews.az