Zəlzələ tələfatsız ötüşmədi

7 Sentyabr 2018 22:35 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Sistan və Bəlucistan əyalətində İran Qırmızı Ayparasının rəhbəri Rəsul Raşki bildirib.

R.Raşki deyib: "Zəlzələ nəticəsində... İranşahr şəhərində 18 yaşlı qız həlak olub. Bundan əlavə, "afterşoklar" nəticəsində 2 nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilib".

Qeyd edək ki, bu gün "UTC" vaxtı ilə saat 06:23-də İranın cənub-şərqində 5,5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Bam şəhərindən 126 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

AzNews.az