Araba ilə gedən kişini maşın vurdu - Eşşəyi öldü

7 Sentyabr 2018 22:48 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Çaylı kəndi ərazisində yol kənarı ilə uzunqulağa qoşulmuş arabada hərəkətdə olan 1955-ci il təvəllüdlü Şakir Binnətov "Qazel" markalı avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Uzunqulaq isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az