Gürcüstandan qara xəbər gəldi - İdmançımız qəzada dünyasını dəyişdi

7 Sentyabr 2018 22:55 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, idmançımız zərbənin təsirindən hadisə yerində dünyasını dəyişib. Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub.

Hal-hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.

AzNews.az