Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər də məhkum olunmuş Sadiq Mustafayev saxlanılıb.
Şəxsin şəhər ərazisindəki evində əkilmiş və xüsusi qaydada qurudulmuş çətənə bitkisi və onun gövdələri, eyni zamanda qurudulmuş marixuana aşkar edilərək götürülüb.
AzNews.az