Rəvan Habiloğlu: “Nə bilim, belə alındı...”

29 Mart 2013 17:12 (UTC+04:00)
"Sənətə qayıtmağı düşünürdüm. Amma sonradan fikrimi dəyişdim". Bunu AzNews.az-a xalq artisti, tanınmış kaman ifaçısı Habil Əliyevin oğlu Rəvan Habiloğlu bildirdi.

"Səhnə həyatına tamamiylə son verdim. Heç bir yaradıcı işlə məşğul deyiləm. Belə qərar verdim" - deyə R.Habiloğlu vurğuladı.

"Bəs, atanız Habil Əliyev arzularından biri sizin səhnəyə qayıtmağınız idi?" sualına isə sənətçinin cavabı belə oldu: "Nə bilim...Belə oldu. İstəmədim".

Bahar Rüstəmli
AzNews.az