Bakı-Moskva qatarının sərnişini gömrükçüləri mat qoydu

8 Sentyabr 2018 14:49 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən külli miqdarda zərgərlik əşyalarını gömrük nəzarətindən gizlətməklə keçirməyə cəhd edən şəxs yaxalanıb.

Aznews.az xəbər verir ki, DGK-dən verilən məlumata görə, Yalama postunda Bakı-Moskva qatarında sərnişinin çantasına baxış zamanı gömrük nəzarəti zamanı bəyan edilməyən iki ədəd boxçanın içərisində 505 qram gümüş zərgərlik məmulatları - 111 ədəd üzük, 102 cüt sırğa, 41 ədəd boyunbağı, 38 ədəd qolbaq və 54 ədəd kulon aşkarlanıb.

Digər paketin tərkibində isə gömrük nəzarətindən gizlədilmiş 141 qram qızıl zərgərlik məmulatları-3 ədəd qolbaq, 1 ədəd boyunbağı, 2 ədəd üzük-sırğa dəsti və 1 ədəd kulon aşkar edilib.

Qeyd edək ki, həmin şəxs Azərbaycan Respublikası vətəndaşıdır.

Hal-hazırda faktla bağlı araşdırma aparılır.

AzNews.az