Paşinyan Putin görüşü başladı – Kremlin narazılığı hiss olunur

8 Sentyabr 2018 17:49 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, baş nazirin prezident Putinlə görüşünün əvvəli jurnalistlərin gözü qarşısında cərəyan edib.

Paşinyan iki ölkənin bir-birinin daxili işinə qarışmamasını önə çəkib.

“Ölkələrimiz arasında münasibətlər maraq və suverenliyin qarşılıqlı hörməti əsasında formalaşıb. Bu fonda ölkələrin bir-birinin daxili işinə qarışmamasının vacibliyini də qeyd etmək istərdim”.

Eyni zamanda, hökumət başçısı hərbi-texniki və iqtisadi sahədə potensialdan tam istifadə olunmamasında gileylənib.

Danışıqlar zamanı Putinin Paşinyandan narazı qalması rusiyalı jurnalistlərin diqqətindən yayınmayıb.

AzNews.az