AzNews.az-ın "Report"a istinadən məlumatına görə, çarter reysi ilə uçan təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.
Səfərə gedənlər arasında AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, milli assosiasiyanın baş katibi Elxan Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da var.
Qeyd edək ki, D liqasının III qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Bakıda Kosovo yığmasına qarşı keçirdiyi ilk matçda qolsuz heç-heçə edib. Malta komandası isə səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzub.
AzNews.az