Məhz Məzəm sakinlərinin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması üçün Qazax Rayon İcra Hakimiyyəti tərəfindən ötən il atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən 21 evin qarşısına müdafiə hasarları çəkilib.
Rayon İcra Hakimiyyətindən "Azərtac"a bildirilib ki, vətəndaşların müraciətləri nəzərə alınaraq, kənddə bu il daha 12 evin qarşısına 3 metr hündürlüyü olan müdafiə hasarlarının çəkilməsi işləri başa çatdırılıb.
AzNews.az