Liviyadakı toqquşmalarda 78 nəfər öldü

8 Sentyabr 2018 21:26 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, paytaxtı Tripolidə bir həftədən çoxdur davam edən silahlı toqquşmalarda 78 nəfər ölüb. Qarşıdurmalarda 300-dən çox insan xəsarət alıb.

Yerli medianın məlumatına görə, hazırda xəstəxanalarda 210-dan çox zərərçəkən müalicə olunur. 103 nəfər ilk tibbi yardımı aldıqdan sonra tibb müəssisələrini tərk ediblər. Həmçinin bildirilir ki, daha 16 nəfər itkin düşüb.

Tripolidə toqquşmalar avqustun 26-da başlayıb. Qarşıdurmalarda bir tərəfdən 7-ci piyada briqadası, digər tərəfdən isə "Tripoli inqilabçıları" batalyonunun bölmələri iştirak edir.

AzNews.az