17 yaşlı gənc itkin düşüb

8 Sentyabr 2018 22:24 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan Sadıqov Emin Bəxtiyar oğlu Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət edərək 2001-ci il təvəllüdlü oğlu Sadıqov Rəsulun itkin düşdüyünü bildirib.

Onun sözlərinə görə, oğlu sentyabrın 4-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

Hazırda faktla bağlı Binəqədi rayon 4-cü polis bölməsində araşdırma aparılır.

AzNews.az