Dərədə tək qaldı, dadına FHN çatdı

9 Sentyabr 2018 11:37 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonu, Seyfəli kəndində dərəlik ərazidə 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici dəstəsi tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

AzNews.az