“Qarabağ”ın rəqibi məhkəməyə verildi

9 Sentyabr 2018 12:31 (UTC+04:00)

AzNews.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, sabiq baş məşqçisi Sinişa Mihayloviç Lissabon təmsilçisini məhkəməyə verib.

Mövsümlərarası fasilədə Portuqaliya klubuna baş məşqçi təyin edilən və cəmi 9 gün sonra qovulan serbiyalı mütəxəssis “Sportinq”dən 11,2 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, “Qarabağ” Avroliqada ilk oyununu sentyabrın 20-də səfərdə məhz “Sportinq”ə qarşı keçirəcək.

AzNews.az