AzNews.az BiG.AZ-a istinadən xəbər verir ki, aprel döyüşlərində şəhid olan əsgərimiz Nurəddinin qardaşı və şəhid Rəşidin bacısının ötən gün nişan mərasimi baş tutub.
Qeyd edək ki, Rəşid Əliağa oğlu Baxşəliyev 1996-cı ildə anadan olub, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Əsgər Nürəddin Etimad oğlu Mirzəyev (d. 20 dekabr 1996; Yardımlı) 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

AzNews.az