İranda polis bölməsinə hücum - Ölənlər var

9 Sentyabr 2018 14:44 (UTC+04:00)

Trend-in yerli KİV-lərə istinadən verdiyi məlumata əsasən, avtomobildə olan üç naməlum şəxs Tukahur rayonunun Mina dairəsində yerli polis bölməsinə atəş açıblar.

Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, daha ikisi isə yaralanıb və xəstəxanaya çatdırılıb. Aldığı yaralardan daha bir polis xəstəxanada ölüb.

İranın təhlükəsizlik qüvvələri hücum edənlərin saxlanılması üçün xüsusi əməliyyat keçirir.

AzNews.az