Dünya şokda: Təyyarə gölə düşdü, 6 yaşlı uşaq...

9 Sentyabr 2018 15:37 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Cənubi Sudanın paytaxtı Jubadan Yirol şəhərinə doğru istiqamət götürən 19 nəfərlik sərnişin təyyarəsi gölə düşdü.

"Baby Air" şirkətinə məxsus təyyarədəki 17 nəfər həyatını itirdi. Sərnişinlərdən 3-ü sağ qaldı. Daha 2 nəfərin itkin düşdüyü bildirilir.

Sağ qalanlar arasında 6 yaşlı bir uşaq da var. Rəsmilər təyyarənin qəzaya düşməsinin səbəbini araşdırırlar.

Malik LİFTİYEV
AzNews.az