Cem Yılmazın otağında çılpaq qadın - Foto

9 Sentyabr 2018 16:02 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cem Yılmaz aparıcı Dəfnə Samyeli ilə eşq yaşayır. O, sevgilisi ilə fotolarını, həmçinin yeni layihəsi olan "Karakomik Filmler"in pərdəarxasını pərəstişkarları ilə paylaşmaqdan çəkinmir.

Amma Cem Yılmazın paylaşımlarından biri onun pərəstişkarlarını da təəccübləndirib.

Sənətçinin iş otağında "Çox çalışqanam" başlığı ilə paylaşdığı fotoda masanın yanında qadın kölgəsinin görünməsi diqqətdən qaçmayıb. Fotoda əks olunan qadın kölgəsinin heykəl, yaxud tablo olduğu müzakirə edilməkdədir.

Cem Yılmaz rəssamlığa sevgisi ilə tanınır. Evində məşhur rəssamlara aid çox sayda tablo var. Fotoda əks olunan görüntünün də tablolardan biri olduğu ehtimal edilir.

Malik LİFTİYEV
AzNews.az