70 yaşlı casusun şok etirafı

9 Sentyabr 2018 16:16 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 ildir yunanlara çalışdığını açıqlayan Besimoğlu 200-300 avro qarşılığında hərbçilərin şəklini çəkərək Cənubu Kiprə göndərdiyini etiraf edib. 70 yaşlı türk yunanlara 2013-ci ildən bəri işlədiyini və yunan casusun təklifi ilə hərbi birliklərin və yunan kilsələrinin şəklini çəkib göndərdiyini bildirib.

Besimoğlunun evində aparılan axtarış zamanı kompyuter və fotoaparatda 200-dən çox hərbçi və kilsə şəkli tapılıb. Evdə tapılan siyahıda daha 15 nəfərin adı var. Polis həmin şəxslərin də yunanlara işləyən türk casuslar olmasını ehtimal edir.

Malik LİFTİYEV
AzNews.az