Moldova prezidenti qəzaya düşdü - Xəstəxanaya yerləşdirildi

9 Sentyabr 2018 16:42 (UTC+04:00)

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli "Publika" telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, kortej yük maşını ilə toqquşub və nəticədə maşınlardan biri aşıb. Polis qəza faktını təsdiq edib, lakin onun detalları barədə məlumat verməyib.

Moldova prezidentinin mətbuat xidmətindən TASS-a məlumatı hələ ki, təsdiq etməyiblər.

AzNews.az