İqor Dodon danışdı: “Vəziyyətim...”

9 Sentyabr 2018 17:52 (UTC+04:00)

AzNews.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Moldovanın “Komsomolskoy pravdı” nəşrinə açıqlamasında İ.Dodon deyib: “Heç bir yara, zədə və əzilmə yoxdur. Vəziyyətim normaldır”.

Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub. Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib.

AzNews.az