AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ölən şəxsin kimliyi müəyyənləşdirilir.
***
18:40
Xəzər dənizində bir nəfərin batdığı ehtimal olunur.
AzNews.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, Abşeron rayonunun Novxanı kəndində dənizdə 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
AzNews.az