Rusiyada minlərlə insan ayağa qalxdı - Pensiya yaşına etiraz

9 Sentyabr 2018 21:55 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aksiyaçılar hökumət əleyhinə şüarlar səsləndiriblər və pensiyalarla bağlı qanuna dəyişikliyin ləğv edilməsini tələb ediblər.

Polislərin müdaxiləsi nəticəsində çoxlu sayda aksiyaçı saxlanılıb.

Qeyd edək ki, Rusiyada pensiya yaşı gələn ildən etibarən bir neçə il ərzində mərhələli şəkildə kişilər üçün 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-ə yüksəldiləcək.

AzNews.az