Əsədin mövqelərini “Qrad”la vurdular

10 Sentyabr 2018 10:36 (UTC+04:00)

AzNews.az “Habertürk”ə istinadən xəbər verir ki, Azad Suriya Ordusuna aid olan Milli Müstəqilləşdirmə Cəbhəsinin sosial mediadakı açıqlamasına görə, Əsəd rejiminin Həmadakı zonalarına “Qrad” raketləri ilə hücum olunub.

Qeyd edək ki, Suriya hökumətinin təşkil etdiyi əməliyyatlarda əhali nümayəndələrindən 29-u ölüb, 58-i isə yaralanıb.

Nurlan AĞA
AzNews.az