Ölkədə hərbi vəziyyət elan olundu

30 Mart 2013 05:54 (UTC+04:00)
Koreya Xalq-Demokratik Respublikası Cənubi Koreyaya qarşı müharibə vəziyyətində olduğunu elan edib. Ölkədə hərbi vəziyyət elan olunub. APA-nın bildirdiyinə görə, bu barədə Şimali Koreyanın STAK agentliyi rəsmi hökumət fərmanına istinadən məlumat verir.

"Hökumət, siyasi partiyalar və təşkilatların bütün fəaliyyətləri ölkəmizin Cənubla müharibə vəziyyətində olması şəraitinə uyğunlaşdırılacaq. Bu andan etibarən Koreyalararası münasibətlər müharibə vəziyyətinə qədəm qoyur və iki Koreya arasında bütün məsələlər müharibə dövrünün qanunları ilə həll olunacaq", deyə xəbərdə bildirilir.

Şimali Koreya televiziyasının efirində səsləndirilmiş KXDR partiya, nazirlik və digər qurumlarının birgə bəyanatında həmçinin "Koreya yarımadasında nə sülh, nə də müharibə adlandıra bilməyən qeyri-müəyyənlik şəraitinin sona çatdığı" bildirilib.


AzNews.az