Bəşər Əsəd qəzəbləndi: "Layiqli cavab veriləcək"

10 Sentyabr 2018 15:11 (UTC+04:00)

AzNews.az Publika.az-a istinadən xəbər verir ki, Hasekede çıxan qarşıdurmada 11 rejim əsgərinin öldürülməsi səbəbindən bölgədəgərginlik artıb. Münaqişədə 11 rejim əsgəri ilə yanaşı, 7 YPG- üzvü də öldürülüb.

Qarşıdurma ilə bağlı Dəməşq rəhbərliyi olduqca sərt açıqlama verib. Əsəd rejimi YPG üzvlərindən öldürülən 11 əsgərin intiqamının alınacağını sərt şəkildə bəyan edib.

YPG təşkilatı qarşıdurmaya görə üzr istəsə də, rejim üzrü qəbul etmədiyini və onlara layiqli cavabın veriləcəyini bəyan edib.

Xatırladaq ki, Əsəd ilə YPG arasında son zamanlar münasibətlər olduqca gərgin idi. Rejim YPG terror qurplaşmasının nəzarətində olan əraziləri geri almaq istəyir.

AzNews.az