AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, hərbi birlikdən qaçıb gəlmiş Ümid D. Aralarında problem olduğunu bildirərək, nişanlısı Hümeyra K.-nı tualetə bağlayıb.
O, nişanlısı ilə özünü üçüncü mərtəbədəki tualetdə kilidlədikdən sonra hadisə yerinə polis və tibb işçiləri çağırılıb.
Polis təhlükəsizlik səbəbilə məktəb binasındakıları təxliyyə edib, həmçinin jurnalistləri də olay yerindən uzaqlaşdırıb.
Əlində bıçaq olduğunu iddia etmiş Ümid D. “öyrənmək istədiyim şeylər var, öyrənib, buraxacam onu, özüm də təslim olacağam” – deyə, bildirib.
Hərbçi saat yarım sonra təslim olub.
İstanbul valiliyi lazımi tədbirlərin görüldüyünü qeyd edib.
Nurlan AĞA
AzNews.az