Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Ermənistanın baş naziri Nikol Paşinyanın həftə sonu Moskvaya rəsmi səfərini şərh edərkən dedi.
Onun sözlərinə görə, əvvəlkilərdən fərqli olaraq, Paşinyan bu dəfə Rusiya prezidenti Vladimr Putinlə görüşə müəyyən ümidlərlə gedirdi. Həmçinin, onu narahat edən bəzi məsələlərə aydınlıq gətirmək istəyirdi. Həmin məslələrdən biri də Azərbaycan və Rusiya arasında genişlənməkdə olan hərbi və iqtisadi əməkdaşlığa mane olmaq idi. İkinci əsas məqsəd Rusiya siyasi dairələrində Ermənistan əleyhinə formalaşmış fikirləri puç etmək, guya Ermənistanın yalnız və yalnız Rusiyanın yanında olduğunu və müttəfiqlik münasibətlərinə sadiq qaldığını göstərmək idi:
“Lakin Vladimr Putin Dövlət Təhlükəsizliyi Xidmətindən çıxmış bir şəxsdir. O, çox mahir siyasətçidir.
Ona görə də Paşinyan kimi cılız bir siyasətçinin Putini aldatması mümkün deyildi. Putin yüz faiz əmin idi ki, Paşinyan əslində uğrusuz bir oyun oynayır. O, bir tərəfdən deyir ki, biz bütün məsələlərdə Rusiyanı dəstəkləyirik, Rusiya bizim strateji müttəfiqimizdir, ən yaxın dostumuzdur, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, Avrasiya İqtisadi İttifaqında Rusiya ilə münasibətlərin daha da inkişaf etməsində maraqlıyıq, amma bunlarla yanaşı, əməldə tamamilə başqa mövqedən çıxış edir. O mövqe ki, Rusiya ilə düşmənçilik edən qüvvələrin maraqlarına xidmət edir. Xüsusilə, Paşinyanın atdığı son addımlar, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin həbsini, eləcə də Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsini - düzdür, sonradan sərbəst buraxıldı, ama cinayət işi hələ də açıq qalıb, eyni zamanda, ölkənin strateji nazirliklərinə, postlarına anti-Rusiya mövqeyi ilə seçilən şəxslərin gətirilməsini təmin edən Paşinyan kimi bir şəxs Putinin qarşısında oturmaqla onu aldada bilməzdi. Çünki Putinin peşə vərdişləri qarşısındakının nə qədər qeyri-səmimi olduğunu çox asanlıqla aşkar edir”.
Deputat əlavə etdi ki, artıq Rusiya siyasi dairələri Ermənistana əlavə 200 milyon dollar dəyərində kredit ayırmğım gərəksiz olduğunu başa düşürlər. Eyni zamanda, Ermənistana güzəştli şərtlərlə qaz satışı siyasətindən imtina etmək lazım olduğu da əsas müzakirə məsələlərindəndir.
Moskvaya səfəri zamanı Paşinyanın Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi təqdim etməsinə gəldikdə isə E.Nəsirov bunları dedi:
“Sarkisyanı hakimiyyətdən devirən Paşinyan Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi təqdim etməklə Sarkisyanın siyasətini tətbiq edir. O, Dağlıq Qarabağla bağlı populist şüarlar səsləndirməklə xalqı ələ almaq istəyir. Bu da təbii ki, Sarkisyan və Koçaryan siyasi xəttinin davam etdirilməsi deməkdir.
Elgün MƏNSİMOV
AzNews.az