“Qarabağ müharibəsi qanlı olacaq”
30 Mart 2013 08:20 (UTC+04:00)
"Çətin ki, bu il Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı razılıq əldə edilsin və buna görə də regionda müharibə təhlükəsi qalmaqdadır".
Bu barədə "Reuters"ə müsahibəsində qondarma DQR-in "baş naziri" Araik Arutunyan bildirib.
Fransada erməni əsilli biznesmenlərlə görüşən işğalçıların nümayəndəsi bu ili "sülhlə" baş vuracaqları təqdirdə ili konsrtuktiv adlandıra biləcəklərini söyləyib. Bununla belə münaqişənin bu il sülh yolu ilə həllində optimist olmadığını deyən Arutunyan Azərbaycanın Türkiyə, Ermənistanın isə Rusiya ilə təhlükəsizliyə dair müqavilə imzaladığını deyib: "Nə Azərbaycan, nə də Qarabağ müharibədən udacaq. Heç bir ölkə tam qələbə qazanmayacaq, ancaq bununla belə müharibəni istisna etmək olmaz".
Agentliyin xəbərində o da bildirilir ki, "DQR" ilk zərbəni endirməsə də, silahlanmanı davam etdirir. "Yeni müharibə humanitar böhran yaradacaq və daha qanlı olacaq. İtki əvvəlkindən daha çox olacaq. Yüz minlərlə insan öləcək və yaralanacaq" deyə "baş nazir" vurğulayıb.
Azərbaycan torpaqlarını işğalında iştirak etmiş A. Arutunyan həm Azərbaycanda, həm də Ermənistanda ictimai rəyin kompromisə hazır olmadığını qeyd edib.
Elnarə Əlosmanqızı
AzNews.az