Yeniyetmə qız ailəsini yasa boğdu

10 Sentyabr 2018 22:45 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Siyavuş Sərxanlı küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Aynurə İsmayıl qızı Əkbərova yaşadığı evdə özünü asıb.

Onun hansı səbəbdən intihar etdiyi isə hələlik məlum deyil.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az