“Şahdağ” Turizm Agentliyindən alındı - Nazirliyin tabeliyinə verildi

11 Sentyabr 2018 08:51 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qərara görə Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Həmçinin, Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4.2-ci bəndi ləğv edilib.

AzNews.az