AzNews.az “AzeriDefence”-yə istinadən xəbər verir ki, bu barədə məlumat “Defence and technology”-də dərc edilib.
Misir Silahlı Qüvvələri ilə “Naval Group” şirkəti arasında 2014-cü ildə 4 ədəd “Gowind 2500” korvetin inşasına dair müqavilə imzalanıb. “Gowind 2500” Misirdə inşa edilən ilk gəmi olma özəlliyi daşıyan “Port Said”, Fransada “Naval Group” tərəfindən inşa edilən və 2017-ci ildə safarişçiyə təhvil verilən partiyanın ilk gəmisi olan “ENS Əl Fateh” ilə eyni xüsusiyyəti daşıyır.
Uzunluğu 102 metr, eni 16 metr olan “Gowind 2500” gəmisinin su basımı 2600 ton təşkil edir. Sürəti 25 knot olan gəmidə 80 nəfər heyət xidmət göstərə bilir. Bundan başqa gəmi 10 ton ağırlığında helikopterlər daşımaq qabiliyyətinə malikdir.
Gəminin silahlanmasına “Exocet MM40 Blok 3” gəmi əleyhinə raket kompleksi, VL MIKA zenit-raket kompleksi, 76 mm çaplı “Oto Melara” topu və 2×20 mm-lik “Nexter Narwhal” məsafədən idarə olunan silah sistemi, o cümlədən torpeda aparatı daxildir.